Noy 19, 2018 18:20 Asia/Baku
  • Avropa Birliyi İranla ticarətin inkişafına ümidvardır
    Avropa Birliyi İranla ticarətin inkişafına ümidvardır

Avropa Birliyinin kənd təsərrüfatı üzrə beynəlxalq əlaqələr şöbəsinin baş müdiri deyib ki, bu birlik kənd təsərrüfatı məhsulları və qida maddələri sahəsində İranla ticarəti genişləndirməyə maraqlıdır.

Avropa Birliyinin kənd təsərrüfatı üzrə beynəlxalq əlaqələr şöbəsinin baş müdiri Con Klark bu gün Tehranda İran ilə Avropa Birliyi arasında kənd təsərrüfatı məhsulları və qida maddələri ticarəti, standartlar və kənd təsərrüfatı həmkarlıqlarının inkişafı üzrə müştərək konfransda belə əlavə edib: Bu birlik lazımi standardtlara malik olacağı halda İrandan kənd təsərrüfatı məhsullarını idxal etməyə hazırdır.

Avropa Birliyinin kənd təsərrüfatı üzrə beynəlxalq əlaqələr şöbəsinin baş müdiri deyib: Həm İran, həm də Avropa Birliyi kənd təsərrüfatı sektorunda zəngin keçmişə malikdir. Buna görə, hazırkı iqlim şəraitinə əsasən, onların bir-birilərinə kömək etmələrinə ehtiyac var.

Con Klark kənd təsərrüfatı məhsulları və qida maddələri sahəsində həmkarlıqların inkişafını önəmli adlandırıb və belə əlavə edib: Avropa Birliyi İrandan dərman bitkiləri və orqanik məhsullar idxal etmək ardıncadır və İran da öz ehtiyaclarının bir hissəsini Avropa Birliyindən təmin edə bilər.

İran ilə Avropa Birliyi arasında kənd təsərrüfatı məhsulları və qida maddələri ticarəti, standartlar və kənd təsərrüfatı həmkarlıqlarının inkişafı üzrə müştərək konfrans bu gün Tehranda işə başlayıb.

Teqlər