Noy 23, 2018 14:55 Asia/Baku
  • Zərif: İtaliyanın iqtisadi fəalları nüvə anlaşmasına dəstək vermək əzmindədirlər

İran İslam Respublikasının xarici işlər naziri deyib ki, İtaliyanın bütün iqtisadi fəalları nüvə anlaşmasına və İranın iqtisadi maraqlarına dəstək vermək əzmindədirlər.

Məhəmməd Cavad Zərif bu gün özünün şəxsi twitter səhifəsində yazıb: "Aralıq dənizi üzrə dialoqlar-2018" yığıncağının kənarında İtaliyanın xarici işlər naziri ilə görüşdüm və onunla ikitərəfli əlaqələri, Yəmən, Suriya və Liviyadakı sülh səylərini araşdırdıq.

İranın xarici işlər nazirinin yazdığına görə, İranla anlaşmaya maraq göstərən italiyalı iş adamlarından ibarət böyük bir qrupla görüşdə onlar Amerikanın quldurluğundan üzülsələr də nüvə anlaşmasını qorumaq üçün əzmkar idilər.

İranın xarici işlər naziri "Aralıq dənizi üzrə dialoqlar" adlı illik yığıncaqda iştirak etmək üçün çərşənbə günü gecə İtaliyanın paytaxtı Romaya daxil olubdur.

 

Teqlər