Noy 27, 2018 19:02 Asia/Baku
  • İranın qərbi və şimal-qərbində düşmənlərin 77 əməliyyatı zərərsizləşdirilib
    İranın qərbi və şimal-qərbində düşmənlərin 77 əməliyyatı zərərsizləşdirilib

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: 2018-ci ilin martından bəri İranın qərb və şimal-qərb sərhədlərində düşmənlərin 77 əməliyyatı zərərsizləşdirilib.

Briqada generalı pasdar Əmir Əli Hacızadə İranın İsfahan vilayətinin Fəlavərcan şəhrestanının 1400 şəhidi və komandanlarının milli konfransında əlavə edib: Ərəbistan, əmirliklər və sionist rejimin xaltura pulları İrandan təhlükəsizliyi götürməkdə tamamilə faydasız olubdur.

General Hacızadə vurğulayıb: İranın silahlı qüvvələrinin fəaliyyəti ilə düşmən öz hədəflərinə çatmaqda uğursuz qalıbdır.

İranın hərbi sahəsinin irəliləyişlərinə toxunan İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: İran İslam Respublikası hərbi və silah sahəsində müvəffəq olub və quru, dəniz və hava bölmələrində mühüm nailiyyətlər əldə edibdir.

General Hacizadə İranın ABŞ tərəfindən sanksiya olunmasına işarə edərək, belə qeyd edib: İran, İslam İnqilabının zəfər çalmasının ilk dövründə silah idxal etmək sahəsində sanksiya edilmişdi və bu gün onların ixrac edilməsi sahəsində sanksiya edilibdir.

Teqlər