Noy 28, 2018 11:21 Asia/Baku
  • Növbəti Astana müzakirələrinə start verilib
    Növbəti Astana müzakirələrinə start verilib

Qazaxıstan paytaxtı Astana şəhərində Suriyada sülh barədə 11-ci müzakirələrə start verilib.

İRİB-in verdiyi məlumata görə, dünən gecə Suriyada sülh təminatçıları olan  İran, Rusiya və Türkiyə heyətlərinin , Birləşmiş Millətlər Təşkilatı və İordaniyanın nümyəndələri eləcə də Suriya dövləti və silahlı müxalifətindən heyətlərin iştirakı ilə Astanada öz işinə başlayan müzakirələr bu gün və sabah da davam etdiriləcək. 

Bu istiqamətdə İranın nümayəndə heyətinin sədri Hüseyn Cabiri Ənsari də ayrı-ayrılıqda Suriya müzakirə heyətinin rəhbəri Bəşar Əl-Cəfəri və Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lvrentiev ilə görüşlərində öncəki müzakirələrin prossesini və son durumu müzakirə edib. 

Suriyada sülhün bərqərar olunması barədə müzakirələrə ötən il yanvarda start verildi. Bu İran İslam Respublikasının təşəbbüsü və Rusiya və Türkiyənin əməkdaşlığı ilə reallaşdı. Məqsəd isə Suriyada sülhün bərqərar olunmasından ibarətdir. İndiyədək bu müzakirələrin 9 dövrü Astanada biri isə Rusiyanın Soçi şəhərində keçirilib. 

İİR regionun təsirli ölkələrindən biri olaraq Orta şərq böhranlarının o sıradan da Suriya böhranının siyasi yolla həll edilməsinə səy göstərir. 

Astana müzakirələrinin əsas nəticəsi Suriyada çaxnaşmasız bölgələrin yaradılması olub. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı, Amerika və onun müttəfiqlərinin dəstəklədikləri terrorçu qrupların regionda balansı sionist rejimin xeyirinə dəyişmək məqsədi ilə Suriyaya hücumu ilə başlandı. 

Teqlər