Zərif: Əfqanıstan üçün hərbi həll yolu nəticə verməyib
İran İslam Respublikasının xarici işlər naziri deyib: Əfqanıstanda hərbi həll yolu heç bir nəticə verməyib və artıq milli barışıq və əhatəli siyasi həll yolunun vaxtıdır.
İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Cenevrədə Əfqanıstan mövzusunda keçirilən beynəlxalq konfransda İranın Əfqanıstanda sülhün bərqərar olunması üçün bu ölkə xalqı və hökumətinə kömək etməyə hazır olduğunu bildirərək deyib: Hamı talibləri müzakirə masası arxasında oturtmaqla əfqanıstan hökuməti ilə əhatəli danışıqların reallaşmasına səy göstərməlidir.
İranın XİN rəhbəri Asiyanın qərbində əcnəbi qüvvələrin fəaliyyətlərinin heç vaxt stabilliyə səbəb olmadığını və ifratçıların fəaliyyətinə zəminyaratdığını bildirərək deyib: Yeni problemlərdən biri İŞİD-in Əfqanıstandakı fəaliyyətidir ki, əlavə qan tökülməsinə səbəb olub.
Zərif deyib: Əfqanıstanda terrorizm və narkotiklərin qaçaqmalçılığı biri-birini təkmilləşdirir və buna görə də, narkotiklərlə mübarizə üçün iqtisadi inkişafı əhatə edən geniş strategiyaya ehtiyac var.
Əfqanıstan mövzusunda beynəlxalq konfrans dünən 60 ölkənin iştirakı və BMT-nin təşəbbüsü ilə Cenevrədə öz işinə başlayıb və bu gün sona çatacaq.