Dek 02, 2018 22:19 Asia/Baku
  • İran üzümü beynəlxalq səviyyədə qeydə alınıb
    İran üzümü beynəlxalq səviyyədə qeydə alınıb

BMT-nin ərzaq proqramı- FAO İranın Məlayer məntəqəsindəki üzüm istehsalı sistemini dünya üzrə kənd təsərrüfatı irsləri siyahısına salıb.

İranın BMT-nin ərzaq proqramındakı daimi nümayəndəsi Mohəmməd Hoseyn Emadi deyib: İran kəhrizlərinin 2014-cü ildə qeydə alınmasından sonra bu, BMT-nin ərzaq proqramında İranın adına qeydə alınan ikinci beynəlxalq irsdir.

Emadi vurğulayıb: FAO-nun bu dəyərli irsləri qeydə alması səbəb olacaq ki, dünya ictimaiyyəti bu irsləri qorumaq üçün İrana kömək etsin ki, İrandan başqa digər ölkələrin bəhrələnmələri üçün onu genişləndirə bilsin.

Mühüm beynəlxalq kənd təsərrüfatı irslərinin qeydə alınması FAO-nun 2002-ci ildən başlanmış təşəbbüsüdür.

Bu təşəbbüsdə məqsəd, beynəlxalq kənd təsərrüfatı irslərinin qorunması, təqdimatı, tanınmasıdır.

Teqlər