Dek 04, 2018 13:35 Asia/Baku
  • Ruhani: ABŞ İranın region və dünya ilə ticarət əlaqələrini kəsməy əqadir deyil
    Ruhani: ABŞ İranın region və dünya ilə ticarət əlaqələrini kəsməy əqadir deyil

İran İslam Respublikası prezidenti deyib: ABŞ İranın region və dünya ilə ticarət əlaqələrini kəsməyə qadir deyil.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Şahrud sakinləri qarşısında deyib: ABŞ bilməlidir ki, İran xalqı region və dünya ölkələri ilə mədəni, siyasi və iqtisadi əlaqələrini qoruyacaq, qonşu və islam ölkələri ilə əlaqələrini genişləndirəcək. 

Ruhani güclü İranın ABŞ və sionistlər üçün dözülməz olduğunu deyərək, İran xalqının heç vaxt düşmən qarşısında boyun əyməyəcəyini bildirib.

İran İslam Respublikası prezidenti ABŞ-ın İran ilə dünya ölkələri arasındakı əlaqələrə zərbə vurmağa çalışdığını xatırladıb və deyib: İran xalqının qərbdə İraq və Türkiyə, şimalda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan, şərqdə Əfqanıstan və Pakistan və Cənubda Oman, Qətər və Küveyt ilə əlaqələri həmişə olduğundan daha səmimidir və Amerika İranın region və dünya ilə ticarət əlaqələrini kəsməyə qadir deyil. 

İran İslam Respublikası prezidenti İranın silahlı qüvvələri, rəhbərliyi və siyasi quruluşunun İraq, Suriya və Livanda təhlükəsizliyin təmin edilməsində region xalqlarına kömək etdiyini xatırladıb və deyib: Bu gün İran İslam Respublikası məzlum Yəmən xalqına təcavüzkar Səudiyyə rejimi qarşısında mübarizə aparmaqda siyasi və hərbi savaş meydanında kömək etməyə çalışır. 

Teqlər