Dek 05, 2018 11:08 Asia/Baku
  • Zərif amerikalıların BMT TŞ-dən sui-istifadə etmələrini tənqid edib
    Zərif amerikalıların BMT TŞ-dən sui-istifadə etmələrini tənqid edib

İran İslam Respublikasının xarici işlər naziri İranın raket proqramının qadağan olunmadığını vurğulayaraq, amerikalıların BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi barədəki sözlərinin təzadlı olmasını tənqid edib.

ABŞ-ın dövlət katibi şənbə günü gecə iddia etmişdi ki, İran son zamanlar orta mənzilli bir ballistik raketi sınaqdan keçiribdir. Onun iddiasına görə, bu raket özü ilə çoxlu sayda raket daşımaq qüdrətinə malikdir. Mayk Pompeo heç bir fakt təqdim etmədən iddia edibdir bu sınaq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təzad təşkil edibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün twitter-dəki şəxsi səhifəsində yazıb: Amerikanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından gülünc sui-istifadəsi bu ölkənin öz öhdəliklərinə sadiq olmamaq sahəsindəki səhlənkarlığını ört-basdır edə bilməz.

Zərif əlavə edib: Amerika rəsmiləri etiraf edirlər ki, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İranın önləyicilik qabiliyyətlərinin qarşısını ala bilməz. Buna görə, yaxşı olardı ki, bu qətnaməni zəiflətmək yerinə, hamının ona tabe olması üstündə iş aparılsın.

İranın xarici işlər naziri həmçinin Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hookun mətnini bu twitt-ə əlavə edibdir.

Brayan Hook bu il sentyabrın iyirmisində belə qeyd edib: Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində təkcə İrandan istənilibdir ki, nüvə başlıqları daşıya bilən ballistik raketlərlə bağlı fəaliyyətlərdən çəkinsin.

Teqlər