Dek 11, 2018 12:07 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei
    İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei

İslam İnqilabının böyük rəhbəri İnqilabın pöhrələrinin genişlənməsinin düşmənin məğlubiyyətinə səbəb olacağını deyiblər.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının yaydığı məlumata görə, Həzrət Ayətullah Xamenei İranın şərqində yerləşən Cənubi Xorasan vilayəti şəhidləri konqresinin təşkilatçılarıilə görüşdə bu vilayəti mömin və alim yetişdirən vilayət adlandırıb və bu vilayətin sakinlərinin İslam İnqilabı və Müqəddəs Müdafiə dövründəki təsirli və geniş iştirakını alqışlayaraq, deyiblər: Bu gün şəhidlərin xatirəsini anmaq ən gözəl işlərdən biridir və ölkə buna ehtiyaclıdır. 

İslam İnqilabının Böyük Rəhbəri düşmənin mənəvi məsələlərə olan hücumunun təhlükələrinə işarə edərək, deyiblər: Əlbəttə, İranın hər bir yerində İnqilabın yeni cücərtiləri və pöhrələri tam aydın formada hiss edilir və bu pöhrələrin genişlənməsi ilə mənəviyyatı hədəfə alan düşmən savaş meydanında olduğu kimi məğlub olacaq. 

İnqilab RƏhbəri şəhidlərin anım mərasimlərinin yüksək səviyyədə keçirilməsinin və onların xatirələrinin, bioqrafiyalarının qeydə alınmasının zərurətinə işarə edərək, deyiblər: Şəhidlər yaşadıqları dövrdə müdafiə meydanına daxil olaraq canlarını fəda etdilər və bu gün də öz mentalitetləri və mənəviyyatları ilə ölkəni və islamı müdafiə edirlər. Buna görə də, Müqəddəs Müdafiə tükənməzdir, daim inkişaf etməkdə olan bir həqiqətdir. 

İslam İnqilabının Böyük Rəhbərinin Cənubi Xorasan vilayəti şəhidlərinin anım konqresinin təşkilatçıları ilə 5 noyabrda baş tutan görüşdə verdikləri bəyanat bu gün səhər Cənubi Xorasan vilayətinin mərkəzi olan Bircənd şəhərində keçirilən Cənubi Xorasan Şəhidlərini Anım Konqresində yayımlanıb.