Dek 11, 2018 17:09 Asia/Baku
  • Bəndər Abbasda İranın ən iri su şirinləşdirici kompleksi istifadəyə verildi
    Bəndər Abbasda İranın ən iri su şirinləşdirici kompleksi istifadəyə verildi

İranın ən iri su şirinləşdirici kompleksinin birinci bloku, gündəlik 20 min kubmetr şirin su istehsal etmək gücü ilə Bəndər Abbasda istifadəyə verilib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının vitse-prezidentinin iştirakı ilə keçirilən mərasimdə Hörmözqan şəhərinin Su və Melorasiya Şirkətinin icraçı müdiri Əmin Qəsəmi deyib: Bəndər Abbasın 100 min kubmetrlik su şirinləşdirmə kompleksinin istifadəyə verilməsi ilə vilayətin qərb və mərkəz hissələri habelə, Xəmir limanı sakinləri olan təqribən 200 min insan şirin su ilə təmin ediləcək. 

Qəsəmi su şirinləşdirmə kompleksinin digər bloklarının da bütün infrastrukturlarının artıq hazır olduğunu deyərək, əlavə edib: Gələn ilin sonuna kimi su şirinləşdirmə kompleksinin digər blokları da istifadəyə veriləcək.