Dek 12, 2018 13:44 Asia/Baku
  • İran-Cənubi Afrika əlaqələrinin inkişafı vurğulanıb
    İran-Cənubi Afrika əlaqələrinin inkişafı vurğulanıb

İran İslam Respublikasının elm və texnologiya məsələləri üzrə vitse-prezidenti və Cənubi Afrikanın ali təhsil naziri ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar.

Cənubi Afrikada səfərdə olan İran İslam Respublikasının elm və texnologiya məsələləri üzrə vitse-prezidenti Sorena Səttari bu ölkənin ali təhsil naziri Naldi Pandor ilə görüşdə İranın nano, bayo, müalicə hüceyrələri və informasiya texnologiyası sahələrindəki son nailiyyətlərinə işarə edərək, ikitərəfli əlaqələrin inkişafı üçün lazımi infrastrukturların yaradılması vacibliyini vurğulayıb.

Cənubi Afrikanın ali təhsil naziri Naldi Pandor da İranın elmi fəaliyyətlərinə işarə edərək, deyib: İki ölkə əlaqələri müxtəlif elmi sahələrdə genişlənə bilər.

Teqlər