Dek 13, 2018 10:40 Asia/Baku
  • Zərif: ABŞ-ın TŞ-nin qətnamələrini daha artıq pozmaq üzrə proqramı aydınlaşdı

İran İslam Respublikasının xarici işlər naziri: ABŞ dövlət katibi bu ölkənin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozmaq üzrə proqramına aydınlıq gətirdi.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Mayk Pompeonun BMT-nin Təhlükəsizlik Şurasında İranın raket proqramı əleyhinə səsləndirdiyi fikirlərə reaksiya olaraq cümə axşamı səhər öz şərxsi Tvitter səhifəsində yazıb: ABŞ və müttəfiqləri İran raketləri haqda TŞ-nin ləğv edilmiş 1929 saylı qətnaməsini əsas götürürlər. 

İranın xarici işlər nazirinin dediyinə görə, Pompeo ABŞ-ı Təhlükəsizlik Şurasının, bu şuranın qətnamələrinə əməl etdikləri üçün ölkələri cəzalandıran yeganə üzvünə çevirib. 

ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü axşam BMT-nin Təhlükəsizlik Şurasının BMT-nin Baş Katibinin 2231 saylı qətnamənin icrasına dair altıncı hesabatını araşdırmaq üçün təşkil edilmiş iclasında 1929 saylı qətnamədə İranın raket proqramı ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərin bərpa edilməsini istədi. 

2231 saylı qətnamənin 14 iyun 2015-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında təsdiq edilməsi ilə bu şuranın İranın nüvə proqramı ilə bağlı bütün qətnamələri o cümlədən İranın raket proqramı ilə bağlı qadağalara malik olan 1929 saylı qətnaməsi ləğv edildi.