Dek 13, 2018 11:21 Asia/Baku
  • Ali-Həbib: Beynəlxalq ictimaiyyət ABŞ-ın zorbalığı qarşısında dayanmalıdır

İran İslam Respublikasının BMT-dəki səfiri çərşənbə günü Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməyə dair iclasında, ABŞ-ın birtərəfli şəkildə nüvə anlaşmasından çıxması və İrana qarşı qeyri-qanuni sanksiyaları bərpa etməsi ilə, nüvə anlaşmasının kövrək vəziyyət ilə üzləşdiyini deyərək, beynəlxalq ictimaiyyətin ABŞ-ın zorbalığı qarşısında dayanmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, İshaq Ali-Həbib deyib: ABŞ-ın yanlış siyasətləri qarşısında passivlik və ya dözümlülük nümayiş etdirmək bu ölkənin daha da həyasızlaşmasına, öz qeyri-qanuni rəftarları və məsuliyyətsiz siyasətlərini davam etdirməsinə səbəb olacaq. 

İranın BMT-dəki səfiri əlavə edib: BMT-nin tarixində ilk dəfədir ki, Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri tam həyasızlıqla digər xalqları Təhlükəsizlik Şurasının qətnaməsini pozduqları üçün deyil, ona əməl etdikləri üçün cəzalandırır. ABŞ-ın həyasızlığı elə bir həddə çatıbki, İrana qarşı düşmənçiliklərində Təhlükəsizlik Şurasını da girov götürüb. 

İranın BMT-dəki səfiri ABŞ-ın İranın raket proqramına dair ittihamlarına cavab olaraq deyib: Raket proqramı xarici təhdidlər qarşısında qanuni və zəruri bir müdafiə potensialıdır. 

BMT-nin Təhlükəsizlik Şurasında, şuraya üzv ölkələrin təqribən əksər üzvləri bir daha İran ilə nüvə anlaşmasının qorunmasına təkid ediblər.