Dek 13, 2018 20:38 Asia/Baku
  • Zərif: ABŞ və müttəfiqləri riyakar boşboğazlıqdan əl çəksinlər

İran İslam Respublikasının xarici işlər naziri deyib: ABŞ və müttəfiqləri İranın raketləri və regiondakı rəftarları barədə riyakarcasına olan boşboğazlıqdan əl çəkməlidirlər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı Tvitterdə paylaşdığı yazıda region ölkələrinin hərbi xərclərinə işarə edərək, bildirib: Amerika və müttəfiqləri İranın raketləri və regional rəftarları barədə ikiüzlü və əlaqəsiz çıxışlara son qoymalıdırlar.

İranın xarici işlər naziri əlavə edib: Amerika və müttəfiqləri Yəmən xalqını qırğın etmək üçün yüzlərlə milyard dollar dəyərində silah satırlar.

Zərif həmçinin deyib: Səddamdan tutmuş İŞİD-ə kimi region xalqlarının bütün bədbəxtliklərinə və acılarına görə İran yox Amerika və müttəfiqləri məsuliyyət daşıyır.

İranın xarici işlər nazirinin Tvitterdə paylaşdığı statistik göstəricilərdən birinə əsasən 2013-2017-ci illərdə Ərəbistanın aldığı silahların 61 faizi ABŞ-ın payına düşür. İngiltərə və Fransa isə Ərəbistanı silahla təmin edən ikinci və üçüncü ölkədirlər.

Teqlər