Dek 15, 2018 14:15 Asia/Baku
  • İİR XİN başçısı Qətərin baş naziri ilə görüşüb
    İİR XİN başçısı Qətərin baş naziri ilə görüşüb

İran İslam Respublikası xarici işlər naziri və Qətərin baş naziri qarşılıqlı əlaqələrin genişləndirilməsi, regional təhlükəsizlik və stabilliyi müzakirə ediblər.

Dohada səfərdə olan İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün səhər Qətərin baş naziri Abdullah Bin Nasir Ali-Sani ilə görüşüb. 

Qarşılıqlı əlaqələrin genişləndirilməsi, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi eləcə də Yəmən sülh müzakirələrinə dəstək İİR XİN başçısı ilə Qətərin baş nazirinin görüşünün əsas müzakirə mövzularının təşkil edib. 

İİR XİN rəhbəri Doha Forum 2018 tədbirində iştirak etmək üçün Qətərə səfər edib. 

Bu beynəlxalq forumda dünyanın tanınmış simaları regional və beynəlxalq təhlükəsizlik mövzusunu araşdıracaqlar. Forum 15-16 dekabrda keçirilir. 

BMT baş katibi Antonio Quttereşin də tədbirə qtılacağı gözlənilir. 

Teqlər