Dek 16, 2018 21:30 Asia/Baku
  • Cənubi Pars qaz yatağından istehsal edilən qazın həcmi 56 milyon kub metrlik artıma malik olub
    Cənubi Pars qaz yatağından istehsal edilən qazın həcmi 56 milyon kub metrlik artıma malik olub

İranın Cənubi Pars Neft və Qaz Şirkətinin icraçı müdiri 2019-cu ilin martına kimi bu qaz yatağından istehsal edilən qazın miqdarında 56 milyon kub metrlik artımın qeydə alınacağını bildirib.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Meşkinqam deyib: İran Cənubi Pars qaz yatağından gün ərzində 580 milyon kubmetr qaz çıxardır. Bu rəqəm 2019-cu ilin martına kimi yeni bir rekord ilə 630 milyon kubmetrə çatdırılacaq. 

Meşkinqam Cənubi Pars qaz yatağının istismarı layihələrindəki irəliləyişi müsbət dəyərləndirib və deyib: İranın Cənubi Pars Neft və Qaz şirkəti dünyanın ən iri qaz yatağının İranın payına düşən hissəsinin istismarı əməliyyatını uğurla davam etdirir və ölkənin mavi yanacağa olan tələbatının 70%-ini təmin edir. 

Cənubi Pars qaz yatağı dünyanın ən iri qaz yatağıdır və İran ilə Qətər arasında yerləşir. 

Teqlər