Dek 17, 2018 20:49 Asia/Baku
  • İran İraq iqtisadiyyatının çiçəklənməsinə kömək edir
    İran İraq iqtisadiyyatının çiçəklənməsinə kömək edir

İraqın İŞİD-in işğalından azad edilməsinin ardınca terrorizm ilə savaş dövründə ölkəyə dəyən zərər və ziyanların aradan qaldırılması istiqamətində ciddi işlər həyata keçirilməyə başlayıb. Bu arada İranlı iş adamları və sərmayə sahibləri İraqın bərpa edilməsi və bu ölkə iqtisadiyyatının yenidən dirçəlməsində yaxından iştirak edirlər.

İran İslam Respublikasının İraqdakı iqtisadi fəaliyyətlərinin davamında, özəl sektorun sərmayə qoyuluşu ilə Kərbəla şəhərində qida və süd məhsulları zavodu istifadəyə verilib.

“İran İslam Respublikası İraqın müxtəlif sahələr, o cümlədən qida, dərman və sənaye sahələri üzrə ehtiyaclarını təmin etməyə çalışır.”

Bu sənaye müəssisəsinin istifadəyə verilməsi, iqtisadi fəaliyyətlərin artması və texnologiyanın ölkəyə gətirilməsinə şərait yaratmaqla yanaşı, iranlı və iraqlı gənclərin işlə təmin edilməsi sahəsində də önəmli addım hesab olunur.

“İstehsal edilmiş məhsulların paylaşdırılması mərkəzlərində əsasən iraqlı olan təqribən minə yaxın işçi ilə əməkdaşlıq edirik və İraqda məşğulluq sahəsində müəyyən işlər görməyə nail olmuşuq.”

Elə bu çərçivədə iranlı iş adamları və sərmayə sahibləri İraqın iqtisadi mərkəzlərindən olan Bəsrə vilayətində bir araya gəlmişdilər.

“Bəsrə vilayəti İraqın iqtisadi paytaxtı hesab olunur və bir çox potensiala malikdir.”

“Bizim şirkətimiz həm texniki xidmətlərin göstərilməsi, həm də istehlak mallarının təmin edilməsi sahəsində fəaliyyət göstərir. Biz Bəsrənin ixracat və tranzit imkanlarından istifadə etmək istəyirik.”

Əsasən texniki-mühəndislik, tikinti, neft-qaz və səhiyyə turizmi sahəsində fəaliyyət göstərən 150-dən çox iranlı iş adamı iraqlı iş adamlarının dəvəti ilə Bəsrədə bir araya gələrək, İraqın cənubunda yerləşən Bəsrə, Nasiriyyə və Əl-İmarə vilayətlərinin iqtisadi potensiallarını dəyərləndirməyə çalışıb.

“Ticarət, iqtisadiyyat və sənaye sahəsindəki əməkdaşlıqları təkmilləşdirmək üçün iranlı sərmayə sahiblərinin ciddi əməkdaşlığına ehtiyaclıyıq və onlar üçün xüsusi güzəştlər nəzərə alınıb.”

“Biz təqribən 10 ildir ki, Bəsrə vilayəti və Bəsrə şəhərində texniki-mühəndislik sahəsində fəaliyyət göstəririk.”

“Hazırda Bəsrənin neft şirkəti ilə müştərək bir layihə üzərində işləyirik və təqribən bir aya kimi layihənin icrasına start veriləcək.”

İraqlılar İran məhsullarının idxal edilməsi ilə  yanaşı, iranlı iş adamları və sərmayə sahibləri ilə birgə müştərək layihələrin icra edilməsinə də nikbin yanaşırlar.

Bu layihələr hər iki ölkə üçün yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda bu əməkdaşlıq uzun müddətdə İrandan texnologiyanın İraqa köçürülməsinə də imkan yaradacaq.

 

Teqlər