Dek 21, 2018 09:25 Asia/Baku
  • Ruhani: Sanksiyalar İran-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi üçün bir fürsətdir
    Ruhani: Sanksiyalar İran-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi üçün bir fürsətdir

İran İslam Respublikası prezidenti deyib: İran və Türkiyə düzgün idarəçiliklə Vaşinqtonun Tehrana qarşı zalımcasına sanksiyalarını qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün bir fürsətə çevirə bilərlər.

Həsən Ruhani dünən axşam Ankarada İran və Türkiyənin iqtisadi fəalları və iş adamları arasında vurğulayıb ki, İran uzun müddətə Türkiyənin enerjisini təmin etməyə hazırdır. Amerikanın İran əleyhinə sanksiyalarını bir daha zalımcasına adlandıran Ruhani əlavə edib: Beynəlxalq qanunlardan və və xalqların maraqlarından başqa heç bir qüdrət İran-Türkiyə iqtisadi əlaqələrində təsirli ola bilməz.

İran prezidenti söyləyib: İran xalqına qarşı zalımcasına və ədalətsiz sanksiyalar şəraiti iki ölkə iqtisadiyyatının qovuşması üçün son dərəcə dəyərli bir şəraitə çevrilə bilər. Belə ki, heç bir təhdid və addım ona xələl gətirə bilməsin.

"İran və Türkiyə təhlükəsizlik və sabitliyi bütün regiona qaytarmaq əzmindədirlər" deyən Ruhani sözlərinə belə davam edib: Tehran və Ankara qarşılıqlı əməkdaşlıqlarla xaricilərə və xarici qüdrətlərə elan edirlər ki, onlar region təhlükəsizliyi üçün qərar çıxara bilməzlər.

Bu toplantıda Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan da iki ölkə arasında çoxtərəfli və geniş əlaqələrin mövcud olmasına işarə edərək, deyib: Türkiyənin məqsədi budur ki, özünün İran İslam Respublikası ilə iqtisadi əlaqələr səviyyəsini siyasi əlaqələr səviyyəsinə yüksəltsin.

Türkiyə prezidenti Amerikanın İrana qarşı sanksiyalarına toxunaraq, deyib: Amerikanın sanksiyaların tətbiqi istiqamətindəki qərarı iki ölkənin iqtisadi əlaqələri genişləndirmək üzrə məqsədinə çatmasına mane ola bilməz və bilməliyik ki, Amerikanın qərarı İran xalqının tənbeh edilməsi mənasındadır və Türkiyə bu məsələni hər bir fürsətdə açıq şəkildə bildirir.

Ərdoğan əlavə edib: Amerikanın bu sahədəki birtərəfli hərəkəti beynəlxalq təhlükəsizliyi təhdid edir və hamımız bilməliyik ki, bu gün dünya savaşa deyil, sülhə və təhlükəsizliyə möhtacdır

Türkiyə prezidenti deyib: Türkiyə sanksiyaları qəbul etmir və heç kəs ona görə, Türkiyədən İranla iqtisadi əlaqələrini azaltmasını gözləyə bilməz.

 

 

 

 

 

 

 

Teqlər