Dek 22, 2018 19:31 Asia/Baku
  • "Böyük Peyğəmbər(s.ə.s)-12" hərbi manevri öz işini başa vurdu

Qeşm adasında keçirilən "Böyük Peyğəmbər(s.ə.s)-12" hərbi manevri təyin edilmiş bütün məqsədlərə nail olaraq, öz işini başa vurub.

İRİB-nin verdiyi məlumata görə, "Böyük Peyğəmbər(s.ə.s)-12" manevrinin yekun mərhələsində müdafiənin hücuma çevrilməsi strategiyası və savaşı düşmən ərazisinə çəkmək taktikası uğurla icra edilib. 

Sahili müdafiə əməliyyatı da sahildən dənizə atılan raketlər ilə həyatakeçirilib. Həmçinin, yeni taktikalar və döyüz təchizatlarından istifadə edilib. Düşmənin kəşfiyyat PUA-larının məhv edilməsi habelə, zirehli və aviasiya qüvvələrinin birgə və ahəngdar əməliyyatı, düşmən ərazisinə nüfuz "Böyük Peyğəmbər(s.ə.s)-12" manevrinin digər proqramlarından olub. 

Manevrin sözçüsü Həmid Sərxili manevr haqda deyib: Son təlimlər zamanı dalğıclar Fars körfəzi sularında dərinliklərə dalaraq, tapşırıqların öhdəsindən çox yaxşı gəliblər. 

 

Teqlər