Dek 22, 2018 20:53 Asia/Baku
  • Laricani: Dünya İsrailin cinayətlərindən agah olmalıdır
    Laricani: Dünya İsrailin cinayətlərindən agah olmalıdır

İran İslam Şurası Məclisinin sədri deyib: İsrail rejiminin cinayətlərini ifşa etmək Fələstin xalqının daha artıq himayə olunmasına kömək edəcək.

İRNA-nın məlumatına görə, Əli Laricani şənbə günü Tehranda Fələstinin Qanunvericilik Məclisinin üzvləri ilə görüşdə İran İslam Respublikasının Fələstinə olan dəstəyinin davam etdiyini bildirib və deyib: Fələstin xalqını himayə hər bir şərəfli insanın borcudur. 

Laricani həmçinin deyib: Ümidvaram bütün ölkələr Fələstin xalqının müqavimətini himayə etsin. 

Fələstin Parlamentinin nümayəndə heyətinin sədri Mahmud Zəhar da bu görüşdə İrana Fələstinə olan dəstəyiə görə təşəkkür edib və deyib: Fələstin və Qüds məsələsi dünyanın bütün azadlıq sevər insanlarını bir araya gətirib. 

Teqlər