Dek 26, 2018 12:08 Asia/Baku
  • Şəmxani: Sülh prosesinə zidd olan istənilən addım Əfqanıstanın təhlükəsizliyinə zərbə vurur
    Şəmxani: Sülh prosesinə zidd olan istənilən addım Əfqanıstanın təhlükəsizliyinə zərbə vurur

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Tehranın Əfqanıstanda sülh prosesini dəstəklədiyini deyərək, əlavə edib: Sülh prosesinə zidd olan istənilən addım Əfqanıstanda təhlükəsizlik və sabitliyə zərbə vurur.

İRNA-nın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün Əfqanıstanın milli birlik hökumətinin icraedici başçısı Abdullah Abdullah ilə görüşdə ikitərəfli əlaqələrin inkişafına təkid edərək, bütün sahələr üzrə əməkdaşlıqların artırılmasını istəyib.

Şəmxani həmçinin ABŞ-ın müstəqil ölkələər qarşı düşmənçilik siyasətlərinə işarə edərək, Vaşinqtonun strategiyasını regionu istila altında saxlamaq və region ölkələrini maksimum şəkildə yağmalamaq adlandırıb və deyib: Vəkalət savaşları və terrorçu qrupların yaradılması məhz bu plana xidmət edir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi hərtərəfli proqramlaşdırma, davamlı əməkdaşlıq və yaxın kordinasiyanı terrorizmin yaranması və genişlənməsinə səbəb olan amillərin məhv edilməsi üçün ən təsirli vasitə adlandırıb və deyib: İran, rusiya, Çin, Hindistan və Əfqanıstanın təhlükəsizlik rəsmilərinin iştirakı ilə ilk regional təhlükəsizlik konfransının Tehranda keçirilməsi bu istiqamətdə atılacaq mühüm addım olacaq.

Şəmxani İran və Əfqanıstan rəsmilərinin əlaqələrin genişləndirilməsində maraqlı olduqlarına təkid edərək, deyib: Ümidvaram Əfqanıstana olan səfərim zamanı əldə edilən anlaşmaların reallaşdırılması ilə iki ölkə əlaqələrində yeni səhifə açılmış olsun.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün səhər Əfqanıstanın paytaxtı Kabilə səfər edib.

Teqlər