Dek 30, 2018 16:23 Asia/Baku
  • Şəmxani: Region xalqları
    Şəmxani: Region xalqları "əsrin sövdələşməsi"nin reallaşmasına mane olacaqlar

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Regionun ayıq xalqları və müqavimət qrupları amerikan "əsrin sövdələşməsi"nin reallaşmasına mane olacaqlar.

Əli Şəmxani Tehranda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalə ilə görüşdə deyib: Sionist mediaların geniş təbliğatları ilə Fələstin xalqına qarşı son dərəcə böyük cinayətlərin törədilməsi təkfirçi qrupların vəhşiliklərinin təsiri altına düşübdür ki, bu, Fələstin amalına qarşı ikiqat bir zülmdür.

Şəmxani İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərindən biri kimi Fələstin müqaviməti amalının ardıcıl himayəsinə təkid edərək, deyib: İslam İnqilabının əvvəlindən bəri İran daim Fələstinin müqavimətli və məzlum xalqının kənarında olub və insani inamlar və dini etiqadlardan mənşə alan bu yol müqavimət cərəyanının tam qələbəsinədək davam edəcəkdir.

Fələstin İslami Cihad Hərəkatının baş katibi də bildiribdir ki, İran İslam Respublikası Fələstin amalının real himayədarlarındandır. O, deyib: Müqavimət keçmişlə müqayisədə təcavüzkarlar qarşısında yüksək imkan və qabiliyyətlərə malikdir.

Teqlər