Yan 01, 2019 19:03 Asia/Baku
  • Qasemi: İran regionun ən təsirli ölkəsidir
    Qasemi: İran regionun ən təsirli ölkəsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Dünya ölkələri əməldə bu nəticəyə gəliblər ki, Yaxın Şərq regionu İranın köməyi olmadan problemlərin öhdəsindən gələ bilməz.

Bəhram Qasemi  Mehr xəbər agentliyi ilə müsahibədə əlavə edib: İranın terrorizmlə mübarizədəki fəaliyyətləri göstəribdir ki, İran İslam Respublikası regionda sabitlik və təhlükəsizlik yaratmağa və əmin-amansızlıqların alovlanmasına mane olmağa çalışır.

Qasemi bildirib ki, İran daim region dövlətlərinin xahişləri ilə və imkan daxilində terrorçularla mübarizədə onlara kömək edibdir. O, deyib: İran İslam Respublikası yüksək islami təlimlərə baxış və Əsas Qanun daxil olmaqla İranın prinsipial əsasları istiqamətində daim qonşuları ilə əlaqələri genişləndirməyə və regional həmkarlığa kömək etməyə səy göstəribdir.

Teqlər