Yan 04, 2019 16:49 Asia/Baku
  • General Səlami: Amerikada siyasi dərk çökübdür

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi deyib: Amerikanın təhdidlərinin təsiri yoxdur, zira bu ölkədə siyasi dərk çöküb və onun hərbi qüdrəti pozulubdur.

İslam İnqilabı Keşikçiləri Korpusu komandanının əvəzi briqada generalı pasdar Hoseyn Səlami dünən axşamçağı İranın Fars vilayətinin Kazerun şəhrestanında əlavə edib: Amerika daha qırx il bundan qabaqkı Amerika deyil və ötən qırx ildə müntəzəm bir siyasət yeridə bilməyibdir.

General Səlami Amerikanın beynəlxalq quruluşdakı mövqeyinin tənəzzül etdiyini bəyan edərək, deyib: Vaşinqton başçılarının gözləntilərinin əksinə olaraq, Amerikanın regionun müsəlman xalqlarına qarşı xərclərinin bu gün müsəlmanlar arasında dostluq bağlarının möhkəmlənməsi, region xalqlarının oyanışı, İslam ümmətinin vücudunda cihad əhval-ruhiyyəsinin güclənməsi və islami ölkələrin İsalm İnqilabı və Vilayəit-Fəqih ətrafında birləşmələrindən başqa heç bir digər nailiyyəti olmayıbdır.

Sepah komandanının əvəzi söyləyib: İraqın İrana qarşı müharibəsindən sonra Amerika bütün yolları getdi və digər ölkələrin təcürbələrindən istifadə etdi ki, İran xalqını inqilabdan soyutmuş və gənclərin irəliləyişinin qarşısını almış olsun, amma bu yolda uğursuz qaldı və İran xalqının qarşısında geri çəkilmək yolunu öyrəndi.

Teqlər