Yan 08, 2019 13:47 Asia/Baku
  • Zərif: İran Hindistan üçün etibarlı neft təminatçısıdır
    Zərif: İran Hindistan üçün etibarlı neft təminatçısıdır

Yeni Dehlidə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri deyib: İran daim Hindistan üçün etibarlı neft təminatçısı olub və olacaq.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü Yeni Dehli hava limanında jurnalistlərə verdiyi müsahibədə 3 günlük səfəri haqda deyib: Bu səfərdə məqsəd illik beynəlxalq "Raisina" konfransında iştirak etmək və Hindistan rəsmiləri ilə iki tərəfi maraqlandıran məsələlər o cümlədən İran neftiin Hindistana satışına dair mövzuları müzakirə etməkdir. 

İranın xarici işlər naziri hətta, ABŞ-ın sanksiyalarından sonra belə Tehran ilə Yeni Dehli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu deyərək, əlavə edib: Hindistan ilə çox yaxşı bir bank anlaşmamız var. Bu anlaşma ötən ilin payızında və sanksiyalardan sonra imzalandı. Bu anlaşma hər iki ölkəyə ixracat və idxalatı davam etdirmək və digər maliyyə məsələlərini təmin etmək imkanı verir. 

Zərif həmçinin deyib: Bu səfərdə özəl sektor nümayəndələrinin geniş iştirakı sanksiyalar dövründə özəl sektorun bu fürsətdən daha artıq istifadəyə olan marağından xəbər verir. 

Hindistan rəsmiləri ilə görüş, İran və Hindistan birgə ticarət forumunda iştirak və beynəlxalq Raisina iclasında çıxış İran xarici işlər nazirinin Hindistana olan 3 günlük səfərinin əsas proqramlarıdır. 

Teqlər