Yan 10, 2019 14:04 Asia/Baku
  • İran ordusu Hava Qüvvələrinin hərbi manevri - İsfahanda

İran İslam Respublikası ordusu Hava Qüvvələrinin səkkizinci manevri "Vilayət Səması Fədakarlarının Aviasiya Qüdrəti 97" adı altında İranın mərkəzində yerləşən İsfahan vilayətində start götürüb.

İran İslam Respublikası ordusu Hava Qüvvələrinin komandan əvəzi general-mayor Həmid Vahidi cümə axşamı səhər "Vilayət Səması Fədakarlarının Aviasiya Qüdrəti 97" manevir haqda deyib: Manevrin əməliyyat mərhələsinin ilk günündə F-5 və Saiqə qırıcıları xəyali düşmənin önəmli və strateji hədəflərini o cümlədən uçuş zolaqlarını, lokator stansiyalarını və raketlərin atılması üçün istifadə edilən platformalarını, silah və hərbi sursat anbarlarını uğurla məhv etdilər. 

General-mayor Vahidi atış həcminin artırılması, sabit və hərəkətdə olan hədəfin vurulmasındakı dəqiqliyin yüksəldilməsini habelə, uzaq məsafədən hədəfin yüksək dağıdıcı gücə malik olan "nöqtə vuran" silahlarla məhv edilməsi manevrin digər önəmli cəhətlərindən olub. 

"Vilayət Səması Fədakarlarının Aviasiya Qüdrəti 97" manevrinin sözçüsü general-mayor Əlirza Əngizə də bu manevrdə ilk dəfə olaraq İran ordusu Hava Qüvvələrinin savaş PUA-larından (pilotsuz uçan aparat) istifadə edildiyini bildirib və deyib: Bu PUA-lar tamamilə yerlidir və uzaq məsafədən "nöqtə vuran" raketlər ilə təchiz ediliblər. Onlar düşmənin hava hücumundan müdafiə sisteminə nüfuz etmək üçün nəzərdə tutulub.  

Teqlər