Yan 10, 2019 15:04 Asia/Baku
  • İran, Rusiya və Türkiyənin Astana prosesi çərçivəsində əməkdaşlığına təkid edildi

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Suriya böhranı üçün siyasi həll yolunun tapılması məqsədilə Astana prosesi çərçivəsində İran, Türkiyə və Rusiya arasında əməkdaşlıqların davam etdirilməsini vurğulayıb.

Hüseyn Cabiri Ənsari cümə axşamı Moskvada Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə görüşdə deyib: Rusiya, İran və Türkiyənin vəzifəsi Astana prosesi çərçivəsində olan əməkdaşlıqları qorumaq və onu davam etdirməkdir.

İranın xarici işlər nazirinin köməkçisi həmçinin deyib: Ötən bir neçə ildə Astana prosesi çərçivəsində İran, Rusiya və Türkiyə arasındakı əməkdaşlıqlar təsirli olduğunu sübuta yetirib və bu əməkdaşlıqlar davam etdirilməlidir.

İranlı diplomat daha sonra Moskvadakı görüşlərinin və Rusiya rəsmiləri ilə müzakirələrinin təsirli olacağına ümidvar olduğunu bildirib və deyib: Ümidvaram bu danışıqlar Yaxın Şərqdə sülh prosesinin irəliyə doğru aparılmasında təsirli rola malik olsun.

Cabiri Ənsari daha sonra İran və rusiya əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etməkdə olduğunu bildirib və deyib: Terrorizmə qarşı mübarizədə habelə, Yaxın Şərq ölkələrində sülh və təhlükəsizliyə zəmanətin verilməsində çox yaxşı uğurlar əldə edilib.

Astana müzakirələri 2017-ci ildə İranın təşəbbüsü habelə, Rusiya və Türkiyənin iştirakı ilə Suriyada sülhün bərqərar edilməsi məqsədilə başlanıb. Bu müzakirələrin başlıca nəticəsi Suriyada təhlükəsiz zonaların yaradılmasıdır.

İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi çərşənbə günü Moskvaya səfər edib. Bu səfərdə məqsəd Rusiya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaqdır.

Teqlər