Yan 14, 2019 18:13 Asia/Baku
  • İranın xarici işlər naziri İraq parlamentinin sədri ilə görüşüb
    İranın xarici işlər naziri İraq parlamentinin sədri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Bağdadda İraq parlamentinin sədri ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafına təkid edilib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Bağdadda İraq parlamentinin sədri Məhəmməd Hələbusi ilə görüşdə iki ölkə arasındakı yaxşı münasibətlərə xüsusilə parlamentlərarası əlaqələrə işarə edərək, deyib: İl ərzində 7 milyon iranlı və iraqlının qarşılıqlı səfərlər həyata keçirmələr İran və İraq xalqları arasındakı yaxınlığın nişanələridir.

İraq Parlamentinin sədri Məhəmməd Hələbusi də bu görüşdə iki ölkənin tarixi ortaqlıqlarına və oraq maraqlarına işarə edərək, İŞİD ilə mübarizədə İranın İraqa olan dəstəyini yüksək qiymətləndirib və iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə genişləndirilməsinə təkid edib.

Bu görüşdə həmçinin, İraq parlamentindəki fraksiyaların başçıları əlaqələrin genişləndirilməsinə dair öz baxışlarını açıqlayıblar.

İranın xarici işlər naziri bazar günü İraq rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq habelə, Bağdad, Süleymaniyə və Kərbəlada iranlı və iraqlı iş adamlarının birgə iqtisadi forumunda iştirak etmək üçün İraqa səfər edib.

Zərif indiyə kimi İraqın xarici işlər naziri Məhəmməd Əli Həkim, baş naziri Adil Əbdülmehdi və İraq parlamentinin sədri Seyid Əmmar Həkim ilə görüşüb, danışıqlar aparıb.

İranın xarici işlər naziri İraq prezidenti Bərhum Saleh ilə də görüşüb, danışıqlar aparmalıdır.

Teqlər