Yan 15, 2019 10:08 Asia/Baku
  • Nikaraqua prezidenti İnqilab Rəhbərinə və İran prezidentinə başsağlığı müraciətləri göndərib
    Nikaraqua prezidenti İnqilab Rəhbərinə və İran prezidentinə başsağlığı müraciətləri göndərib

Nikaraqua prezidenti dünən gecə İslam İnqilabının Böyük Rəhbərinə və İran prezidentinə müraciətlərdə İran İslam Respublikası ordusunun hava qüvvələrindən bir qrupunun İranın Əlborz vilayətində hava qəzası nəticəsində şəhid olması münasibətilə başsağlığı verib.

Daniel Orteqa bu müraciətlərdə İran xalqının kədəri ilə bölüşərək, Allah-Taaladan müsibət çəkmiş ailələrə səbir və asayiş diləyibdir.

İran İslam Respublikası ordusuna məxsus bir ədəd "Boeing-707" tipli yük təyyarəsi dünən səhər Əlborz vilayətinin Fəth hava limanına eniş edərkən enmə zolağından kənara çıxıb və hava limanının yaxınlığındakı yaşayış massivi ilə toqquşduqdan sonra yanğına düçar olubdur.

Bu kədərli hadisədə İran İslam Respublikası ordusunun hava qüvvələrinin üzvlərindən on beş nəfər şəhid olub.

Teqlər