Yan 15, 2019 16:23 Asia/Baku
  • İranın uranın 20 faizlik zənginləşdirilməsini geri qaytarmaq bacarığı vurğulanıb
    İranın uranın 20 faizlik zənginləşdirilməsini geri qaytarmaq bacarığı vurğulanıb

İranın Atom Enerjisi Təşkilatının sədri İran İslam Respublikasının uranın 20 faizlik zənginləşdirilməsi üzrə potensial bacarığından xəbər verib.

Əli Əkbər Salehi avropalıların nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl etməmələri barədə xəbərdarlıq edərək, deyib: İran "nüvə geridönməsi imkanı" üçün lazımi tənzimləmələr nəzərdə tutub və əgər istəyərsə, üç-dörd gün ərzində 20 faizlik zənginləşdirilməyə başlayacaqdır.

İranın Atom Enerjisi Təşkilatının sədri "on ildən on iki ilədək İranın 20 faizlik zənginləşdirilməsinə mane olduqları"nı bildirən bəzi Qərb ölkələrinin ifadələrini rədd edərək, deyib: İran yetərincə 20 faizlik uran ehtiyatına malikdir və "nüvə geridönməsi imkanı" üzrə potensial qabiliyyətini qoruyub saxlayıbdır.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin Ərak Ağır Su Reaktorunun modernləşdirilməsi prosesinə toxunub: Köhnə reaktorun konstruksiyası Rusiyanın əlli-altmış il bundan öncəsinə aid idi, amma hazırda modernləşdirilmək və yaxşılaşdırılmaqdadır ki, onun məhsuldarlığı artmış və daha artıq çeşidli məhsullara malik olmuş olsun.

Avropa ölkələri Amerikanın 2018-ci il mayın səkkizində nüvə anlaşmasından çıxmasından sonra vəd verdilər ki, İranın iqtisadi maraqlarına zəmanət verməklə bu anlaşmanı qoruyub saxlayacaqlar.

Avropa Birliyi bir neçə ay bundan öncə bildirdi ki, İranla iqtisadi həmkarlığın davam etməsi imkanının yaranması və Amerikanın İrana qarşı sanksiyaları ilə mübarizə aparmaq üçün maliyyə ödənişi üzrə SPV adı ilə tanınan bir maliyyə mexanizmi yaratmaq niyyətindədir. Amma avropalı ölkələr hələ də həyata keçməyən vədlərini təkrarlamaqdadırar.

Teqlər