Yan 15, 2019 16:54 Asia/Baku
  • İnqilab Rəhbəri təyyarə qəzası hadisəsi ilə bağlı başsağlığı veriblər
    İnqilab Rəhbəri təyyarə qəzası hadisəsi ilə bağlı başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası ordusunun hava qüvvələrinin işçilərini daşıyan təyyarənin süqut etməsi üzrə kədərli hadisə ilə bağlı başsağlığı veriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir müraciətdə İran İslam Respublikası ordusunun hava qüvvələrinin işçilərini daşıyan təyyarənin süqut etməsi kimi kədərli və təəssüfləndirici hadisə, həmçinin o əzizlərin və təyyarənin digər sərnişinlərinin həyatlarını itirmələri ilə bağlı, müsibət görmüş ailələrə və ordu və hava qüvvələrinin böyük ailəsinə başsağlığı veriblər.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Məsul şəxslərin ehtimal olunan xətaları və zəif cəhətləri aşkar edərək, izləmələri vacibdir.

İran İslam Respublikası ordusuna məxsus bir ədəd "Boeing-707" tipli yük təyyarəsi dünən səhər Qırğızıstandan geri dönərkən Əlborz vilayətinin Fəth hava limanında qəzaya uğrayıbdır.

Bu hadisədə təyyarənin sərnişinlərindən on beş nəfər həyatını itiribdir.

 

Teqlər