Yan 15, 2019 21:44 Asia/Baku
  • Zərif: İran - İraq iqtisadi əlaqələri inkişaf etməkdədir
    Zərif: İran - İraq iqtisadi əlaqələri inkişaf etməkdədir

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin İraqa səfər etməsi ilə bir vaxtda Bağdadda iki ölkənin özəl sektor nümayəndələrinin iştirakı ilə ilk ən iri müştərək iqtisadi forum təşkil edilib.

ABŞ-ın İraqdakı uğursuz günləri.  İraqı İran ilə əlaqələrini azaltmağa razı etmək üçün bir neçə gün öncə Bağdada səfər edən ABŞ dövlət katibi indi, iflasa uğrayan planını kənardan izləməklə məşğuldur. Cənab Zərifin İraqa olan səfəri Tehranın diplomatiya qüdrətini dünyaya nümayiş etdirməklə yanaşı, İran və İraqın regionda iqtisadi qüdrətə çevrilmək niyyətində olmasına dair də mühüm mesaja malik idi. İranlı və iraqlı iş adamlarının birgə iqtisadi forumu da bu iddia üçün tutarlı dəlil sayılır. Xüsusilə, bu səfər ilə yanaşı iki ölkənin birgə iqtisadi forumu Bağdad ilə yanaşı, Ərbil, Süleymaniyə və Kərbəlada da təşkil edilib.

 

İraq rəsmilərindən biri bu barədə deyir: “İndiyə kimi İranın Tehran, Məşhəd, Kerman və Təbriz daxil olmaqla 7 vilayətinə səfər edərək, iranlı şirkətlər ilə yaxından tanış  olub və onları İraqa dəvət etmişik.”

 

İranlı iş adamlarından biri isə deyir: “Fondumuzun nəzdində tikinti və qida sənayesi də daxil olmaqla müxtəlif sahələri əhatə edən təqribən 180 şirkət fəaliyyət göstərir.”

 

Ötən 14 ildə misilsiz olan və tam səmimi bir atmosferdə baş tutan bu iqtisadi forumda iranlı iş adamları iraqlılar tərəfindən son dərəcə geniş formada qarşılanıblar. Mediaların bu iqtisadi foruma olan diqqətinin miqyasını dərk etmək üçün isə bu təsviri müşahidə etmək kafidir.

 

İraqlı iş adamlarından biri deyir: “Dərman və tibb təchizatlarının istehsalı üzrə İran şirkətləri ilə yaxşı əməkdaşlıqlarımız var. Və İraq xəstəxanalarını İran təchizatları ilə təmin etmək istəyirik.”

 

İraq hökuməti ölkənin bərpası üçün təqribən 100 milyard dollar vəsaitə ehtiyac olduğunu təxmin edir. Və ölkənin bərpasında qonşu və dost ölkələr ilə əməkdaşlığa üstünlük verir.    

 

Bu ilk dəfədir ki, İraqda belə bir miqyasda iqtisadi forum təşkil edilir. Həmçinin, iki tərəf arasında əldə olunmuş anlaşmaya əsasən tezliklə Bağdadda İran məhsullarının daimi sərgisi təşkil edilməlidir. Bu sərgidə minimum 48 İran şirkəti öz məhsullarını nümayiş etdirəcək.