Yan 16, 2019 11:22 Asia/Baku
  • İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər
    İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

İran İslam Respublikasının sərhəd komandanı iranlı sərhədçilərin varlığını sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amili adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Qasım Rzayi çərşənbə axşamı Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərində sərhəd sakinlərini İran sərhədlərinin həqiqi sərhədçiləri adlandırıb və deyib: Qərbi Azərbaycan Azərbaycan Respublikası, İraq və Türkiyə ilə sərhədlərə malik olmasına baxmayaraq, yüksək təhlükəsizliyə malikdir. 

İranın sərhəd komandanı ötən ildə Türkiyənin sərhəd komandanları ilə 3 görüşün keçirilməsinə işarə edərək, deyib: Bu iclaslar Türkiyə və İran sərhədçiləri arasındakı ahəngdarlığı artırıb.