Yan 18, 2019 15:05 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi Mohəmməd Əli Movəhhedi Kermani
    Tehranın cümə namazı xitabətçisi Mohəmməd Əli Movəhhedi Kermani

Tehranın cümə namazı xitabətçisi deyib: Terrorizmin maliyyə təmini və pulyuma ilə mübarizə bəhanəsi ilə maliyyə addımı qrupunun təşkili, əslində İranın və digər ölkələrin maliyyə mənbələrindən xəbərdar olmaq üçün bir mexanizmdir.

Tehranın cümə namazı xitabətçisi Mohəmməd Əli Movəhhedi Kermani terrorizmin maliyyə təmini və pulyuma ilə mübarizəni Qərb ölkələrinin ən böyük yalanı adlandırıb. O, deyib: Terrorizmin təchizatları, maliyyə təmini və pulyuma mərkəzi Amerika və Qərbdir və bu ölkələr sionist rejimlə yanaşı, regionda və dünyada terrorizmin ən böyük himayədarlarıdırlar.

Ayətullah Movəhhedi Kermani əlavə edib: Amerikanın düzəltdiyi terrorizm kimi İŞİD ilə mübarizə aparan, bu terror qrupunu Suriya və İraqdan çıxaran məhz İran oldu.

Tehranın cümə namazı xitabətçisi amerikalıların Yaxın Şərqi bölmək məqsədilə regionda İŞİD-i yaratdıqlarını etiraf etmələrinə toxunaraq, deyib: Amerika, sionist rejim və onların regiondakı muzdurları məzlum Yəmən xalqına qarşı və minlərlə günahsız yəmənli uşaq və qadının qanına qəltan olunması kimi cinayətlərin ən böyük himayədarlarıdırlar.