Yan 19, 2019 21:23 Asia/Baku
  • Xərrazi: Avropanın SPV-ni təxirə salması qəbuledilməzdir
    Xərrazi: Avropanın SPV-ni təxirə salması qəbuledilməzdir

İran xarici əlaqələr üzrə strateji şuranın sədri Avropa Birliyinin avropalı şirkətlərə nüfuzun tətbiq edilməsində acizlik bəhanəsilə İranla anlaşma üzrə xüsusi maliyyə mexanizminin həyata keçirilməsini ardıcıl şəkildə təxirə salmasını qəbuledilməz adlandırıb.

Kamal Xərrazi bu gün Tehranda italiyalı heyətlə görüşdə deyib: Əgər avropalı dövlətlər öz şirkətlərinə nüfuzlarının olmadıqlarını bilirdilərsə, bəs nə üçün İranla müzakirəyə girirdilər?

İran xarici əlaqələr üzrə strateji şuranın sədri vurğulayıb: Amerika prezidenti Tramp Avropanın zəiflədilməsi və parçalanması ardıncadır və Amerikanın Polşada anti-İran iclasının keçirilməsi avropalı ölkələr arasında ixtilafın şiddətləndirilməsi istiqamətindədir.

O, İranın nüvə anlaşmasının icrasındakı sədaqətinə toxunaraq, deyib: İranın ümumi fikrinin Avropanın nüvə anlaşması qarşısındakı münasibətinə baxışı daha da mənfi olubdur və bu gün Avropanın maraqları tələb edir ki, nüvə anlaşması qarşısında real addımlar atsın.

İran xarici əlaqələr üzrə strateji şuranın sədri söyləyib: Avropanın bu zaman kəsiyində Amerikanın təzyiqlərinə təslim olması Amerikanın gələcəkdə Avropaya qarşı daha artıq təzyiqlərinə səbəb olacaq və nüvə anlaşmasının məğlubiyyəti Avropanın təhlükəsizliyini də təsir altına alacaqdır.

 

Teqlər