Yan 20, 2019 12:35 Asia/Baku
  • İranın Teleradio Təşkilatının Sərhədaşırı Yayım Xidmətinin rəhbəri: Mərziyə Haşimiyə qarşı heç bir ittiham irəli sürülməyib
    İranın Teleradio Təşkilatının Sərhədaşırı Yayım Xidmətinin rəhbəri: Mərziyə Haşimiyə qarşı heç bir ittiham irəli sürülməyib

İran İslam Respublikasının Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini şənbə günü axşam deyib: ABŞ məhkəməsinin açıqlamasına əsasən indiyə kimi PressTV-nin aparıcısı Mərziyə Haşimiyə qarşı hansısa ittiham irəli sürülməyib.

İranın Teleradio TƏşkilatının Sərhədaşırı Yayım Xidmətinin rəhbəri və PressTV-nin müdiri Peyman Cebelli şənbə günü axşam İranın birinci kanalının xəbər buraxılışına verdiyi müsahibədə Mərziyə Haşiminin həbs edilməsi, ABŞ polisinin onunla xoşagəlməz rəftarı haqda deyib: Əgər Mərziyə Haşimi hansısa məhkəmə işi ilə əlaqədar şahid qismində saxlanılıbsa, onun əlləri və ayaqlarına qandal vurulmamalı, dini inanclarına hörmətsizlik edilməməli və ifadə verməsi üçün məhkəməyə dəvət olunmalı idi. 

Cebelli amerikalıların dediklərinin əməllərinə uyğun gəlmədiyini deyərək, əlavə edib: Haşiminin ailəsinin bildirdiyinə görə, ümumiyyətlə şahidlik etməsi və ya ifadə verməsi üçün hansısa istək irəli sürülməyib. 

İranın Teleradio Təşkilatının Sərhədaşırı Yayım Xidmətinin rəhbəri əlavə edib: Mərziyə Haşiminin vəhşicəsinə həbs olunması və onunla edilən rəftarlar Amerikanın "məcburi şahid" qanunu ilə ziddiyyət təşkil edir. 

Cebelli amerikalıların PressTV-nin müxbiri ilə rəftarının siyasi cəhətə malik olduğunu deyərək, əlavə edib: BU məsələdən aydın olur ki, Mərziyə Haşiminin günahı İranın PressTV kanalına işləməsidir. 

PressTV-nin müdiri həmçinn deyib: Mərziyə Haşiminin həbsi siyasidir və ondan hətta, PressTV-dən də daha yuxarı səviyyədədir. Bu məsələ ABŞ-ın İRana qarşı siyasətlərində üzləşdiyi ardıcıl məğlubiyyətlərin ardınca, daha artıq təzyiqin göstərilməsi çərçivəsindədir.

Teqlər