Yan 22, 2019 17:26 Asia/Baku
  • Laricani: İslam İnqilabı əsrin böyük nailiyyətidir
    Laricani: İslam İnqilabı əsrin böyük nailiyyətidir

İran İslam Şurası Məclisinin sədri İslam İnqilabını əsrin böyük nailiyyəti adlandırıb.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün İslam İnqilabının qırxıncı ildönümü mərasiminin təşkilat komitəsinin üzvləri ilə görüşdə İran İslam İnqilabının qorunmasını bu komitənin hazırda izlədiyi ən mühüm iş adlandırıbdır.

İran İslam Şurası Məclisinin sədri söyləyib: İslam İnqilabı elə bir mərləhədədir ki, düşmənlər ona qarşı hiyləgərlik edirlər və onun önəminə görə, fitnə ardıncadırlar ki, inqilabın təsiri və rolunu azaltmış olsunlar.

Laricani deyib: İslam İnqilabı pozğun hökuməti kənarlaşdırdı və bir xalq hökumətini hakimiyyətə gətirdi və bu, kiçik bir nailiyyət deyildir, zira bir çox ölkələr hələ bu şəraitdə vurnuxurlar.

Teqlər