Yan 30, 2019 18:12 Asia/Baku
  • Müdafiə nailiyyətləri sərgisində İranın ən yeni PUA-sının təqdimatı oldu
    Müdafiə nailiyyətləri sərgisində İranın ən yeni PUA-sının təqdimatı oldu

İranın "Kaman 12" adlı ən yeni pilotsuz uçan aparatı İran İslam Respublikası silahlı qüvvələrinin ən son müdafiə uğurları sərgisində ilk dəfə olaraq nümayiş etdirilib.

İRNA-nın məlumatına görə, "Kaman 12" PUA-sı 220 kiloqram ağırlığa malikdir və saatda 200 km sürətlə uça bilir. "Kaman 12" PUA-sı bir dəfəyə 1000 km məsafə qət edə bilir. 

İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə nailiyyətləri sərgisində RQ170 pilotsuz uçan aparatının oxşar nümunələri də nümayiş etdirilib. Bu nümunələr RQ170-in 100 və 60 faizlik bənzər nümunələridir. 

Bu sərgidə ilk dəfə olaraq nümayiş etdirilən pilotsuz uçan aparatlardan biri də pilotsuz helikopterdir. Bu helikopter 6 min fut hündürlüyə kimi qalxa bilir. 

İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə nailiyyətləri sərgisində "Mühacir", "Şahid129", "Kərrar", "Əbabil" və "Saiqə" pilotsuz uçan aparatları da nümayiş etdirilib. 

İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə uğurları sərgisi "40 il iqtidar" adı altında bu gün Tehranda İmam Xomeyni(rə) müsəllasında işə başlayıb və 11 fevrala kimi davam edəcək. 

Teqlər