Yan 31, 2019 16:35 Asia/Baku
  • Laricani: Xalqın başıucalığı inqilabın mühüm nailiyyətlərindəndir

İran İslam Şurası Məclisinin sədri bildirib ki, xalqın başıucalığı inqilabın mühüm nailiyyətlərindəndir. O, deyib: Diqqət yetirmək lazımdır ki, müasir dünyada izzətli yaşayış zəhmət tələb edir.

Əli Laricani dünən gecə İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin idarə şurasının iclasında əlavə edib: İran xalqının izzətli və şərəfli yaşayış qərarına gəldiyi İslam İnqilabının zəfər çaldığı elə ilk gündən İranla düşmənçiliklər başlandı və elə bu əsasda səkkizillik müharibəni İrana qəbul etdirdilər.

İran İslam Şurası Məclisinin sədri deyib: Son illərdə də dünya imperializmi atom enerjisini İran xalqının başıuca yaşayışının qarşısını almaq üçün bir bəhanə qərar veribdir ki, bu yolla, ölkəni xərclərə salmış olsun.

Laricani bildirib ki, dini demokratiya İslam İnqilabının mühüm və əbədi nailiyyətidir. O, qeyd edib ki, xalq müstəbid və asılı bir hökumətdən dini demokratik bir hökumətə çatıbdır və bu gün dünyada səs və rəy istiqlaliyyəti ilə öz sözünü deyir.

İran İslam Şurası Məclisinin sədri deyib ki, şah rejimində ölkənin siyasi şəraiti olduqca acınacaqlı idi və bu rejim öz oyuncaq hökuməti üçün yalançı bir mahiyyət düzəltmişdi ki, İslam İnqilabı bütün bu şəraiti dəyişdi və İran xalqına izzət bəxş etdi.

İran İslam Şurası Məclisinin sədri İran İslam Respublikası quruluşunun bütün orqanlarının xalq tərəfindən seçilməsini və xalqın səsinin ölkənin işlərinin idarəsində təsirli olmasını dini demokratiyanın nəticələrindən adlandırıbdır.

 

Teqlər