Fev 03, 2019 14:41 Asia/Baku
  • Bəhreyn şiələrinin rəhbəri Məşhədə səfər edib
    Bəhreyn şiələrinin rəhbəri Məşhədə səfər edib

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasim Məşhəd şəhərinə daxl olub.

Şeyx İsa Qasim İraqın Nəcəf şəhərindən İranın Məşhəd şəhərinə yola düşərək, bu şəhərə daxil olub.

Bəhreyn şiələrinin rəhbəri vətəndaşlığının əlindən alınmasından və iki ilə yaxın həbsə dözdükdən sonra müalicə üçün Londona yola düşdü və 2018-ci ilin dekabrında İraqın Nəcəf şəhərinə səfər etdi.

Bəhreyn 2011-ci il fevral ayının 14-dən bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı ölkədə azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliklərə son qoyulması və xalqın seçdiyi bir hökumətin hakimiyyətə gəlməsini istəyir.

Ali-Xəlifə-nin bəhreynli inqilabçılar qarşısındakı rəftarı xəfiyyə və repressiya siyasətinə söykənir.

Teqlər