Fev 05, 2019 10:32 Asia/Baku
  • Zərif: İran maliyyə mübadiləsi üçün Avropanı gözləməyəcək
    Zərif: İran maliyyə mübadiləsi üçün Avropanı gözləməyəcək

İranın xarici işlər naziri Tehranın maliyyə mübadiləsi üçün Avropanı gözləməyəcəyini deyərək, Avropa və İran arasında ticarət əlaqələrini himayə mexanizminin yaradılması hazırkı məqamda bir sınaq sayılır və avropalıların nə qədər ciddi olduqlarını gözləmək lazımdır.

Məhəmməd Cavad Zərif İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında iştirak etdikdən sonra jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Avropalıların İran ilə maliyyə və ticarət əlaqələrini himayə üzrə mexanizmin təqdim edilməsindəki hərəkəti gecikmiş addım sayılır. Bu məsələ çox öncə baş verməliydi. Amma, ABŞ-ın təzyiqləri gecikmələrə səbəb oldu. 

İranın xarici işlər naziri avropalıların ən qısa zamanda öz öhdəliklərinə əməl etməli olduqlarını deyərək, əlavə edib: İran nüvə anlaşması çərçivəsində bütün öhdəlikləinə əməl edib. Amma, avropalılar öz öhdəliklərinə əməl etməyiblər. Və ABŞ-ın nüvə anlaşmasından çıxması ilə yaranan boşluğu doldurmayıblar. 

Zərif həmçinin deyib: Ticarət əlaqələrini himayə mexanizmi (İNSTEX) İrandan daha çox avropalılar üçün önəmlidir. Onlar bu addımla dünyaya müstəqil və öz maraqlarına uyğun addım atmağa qadir olduqlarını göstərməlidirlər. 

Teqlər