Fev 10, 2019 20:41 Asia/Baku
  • İİR xarici işlər naziri livanlı partiyaların bir qrup nümayəndəsilə görüşüb
    İİR xarici işlər naziri livanlı partiyaların bir qrup nümayəndəsilə görüşüb

Livanda bir neçə əsas partiyanın nümayəndələri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək, onunla Tehran-Beyrut əlaqələri barədə məşvərət aparıblar.

Bu gün axşam İranın Beyrutdakı səfirliyində keçirilən bu görüşdə Livan partiyalarının nümayəndələri və siyasi şəxsiyyətləri həmçinin Livan və regiondakı son hadisələr barədə öz baxışlarını irəli sürüblər.

İranın xarici işlər naziri də bu görüşdə Tehranın Livandakı siyasi prosesə, həmçinin livanlı qrupların müxtəlifliyinə və onların dinc yanaşı yaşamalarına dəstək verdiyini bildirib və deyib ki, İran daim düşmənlər qarşısında Livanın suverenliyi və istiqlaliyyətini himayə edibdir.

Hizbullah-ın nümayəndəsi kimi Livanın parlament məsələləri üzrə müşavir naziri Mahmud Qəmati, bu ölkənin turizm naziri, həmçinin xarici ticarət məsələləri üzrə müşavir nazir Həsən Murad iclasda iştirak edən məsul şəxslərdən olublar.

İranın xarici işlər naziri ikigünlük səfər məqsədilə bu gün Livana daxil olubdur.

Teqlər