Fev 14, 2019 08:41 Asia/Baku
  • Qasimi Sistan və Bəluçestandakı terror aktını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Sistan və Bəluçestan ostanındakı terror hücumunu pisləyərək deyib: İran xalqının hərbçi və kəşfiyyatçı oğulları bu terror hücumunun şəhidlərinin intiqamını alacaqlar.

İİR XİN sözçüsü Bəhram Qasimi dünən gecə Sistan və Bəluçestanda törədilən terror aktına görə təəssüfləndiyini bildirərək bu hücumun şəhidlərinin ailələri və yaralılarının kədərlərini bölüşüb. 

Qasimi bu qeyri-insani hərəkəti pisləyərək deyib: Bəzi region ölkələrinin hərbi, maliyyə və ideoloji dəstəyindən faydalanan terror aktının məsuliyyətini öz üzərinə götürmüş qruplaşmanın bu kimi cinayətlərə əl atması İran xalqı və dövlətinin regionda terrorizm ilə mübarizədəki iradəsinin daha da möhkəmlənməsinə səbəb olacaq.

Dünən gecə Sistan və Bəluçestan ostanında Xaş-Zahidan şosse yolu istiqamətində İran İslam Respublikası sərhədçilərini daşıyan bir ədəd avtobus kamikadze hücumunun hədəfinə çevrilib. 

İçərisinə partlayıcı maddələr yüklənmiş bir avtomobilin yol kənarında İslam İnqilabının Keşikçiləri Korpusunun Quru qoşunlarının Quds qərargahı bölmələrindən birinin üzvlərini daşıyan avtobusun yaxınlığında partladılması nəticəsində İran sərhədlərini qoruyanlardan bir qrupu şəhid olub və yaralanıb. 

Özünü "Ceyşül-Ədl" adlandıran amma əslində Ceyşül-zülm olan terrorçu qrup bir bəyanatda bu cinayətin məsuliyyətini öz üzərinə götürüb. 

Bu terror qruplaşması sələfi və vəhhabi təfəkkürünə malikdir və Suriyadakı təkfirçi terrorçu qrupları himayə edir. 

Bu terror qruplaşması indiyədək Sistan və Bəluçestan vilayətində bir neçə qətl və terrorun məsuliyyətini öz üzərinə götürüb. Bu qruplaşmanın son cinayəti ötən milad ili aprelin 26-da Mir Cavə bölgəsində baş verdi. Bu terror aktında  9 iranlı sərhəd keşikçisi şəhid edildi.

Teqlər