Fev 14, 2019 14:13 Asia/Baku
  • Laricani: Təkfirçi muzdurların iranlı sərhəçilərə hücumu İran xalqı düşmənlərinin qəddarlıqlarının kulminasiya nöqtəsi idi

İran İslam Şurası Məclisinin sədri Xaş-Zahidan şosesində iranlı sərhədçiləri daşıyan avtobusa qarşı terror hücumunu pisləyərək, bu hərəkəti İran xalqı düşmənlərinin alçaqlıqları və qəddarlıqlarının kulminasiya nöqtəsi adlandırıb.

Dünən gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qalıb. Nəticədə 27 sərhədçi şəhid olub, 13 nəfər də yaralanıbdır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün bir müraciət verərək, bildirib: Bu terror hücumu Amerikanın və sionist rejimin istiqamətləndirmələri ilə Varşavada keçirilən anti-İran iclası ilə bir vaxtda, İslam İnqilabının əzəmətli qələbəsinin qırxıncı ildönümündə İran xalqının qəhrəmancasına iştirakından intiqam almaq məqsədilə və İran xalqı düşmənlərinin xəbiscəsinə fitnələri və cinayətlərinin davamında törədilibdir.

İran İslam Şurası Məclisinin sədri bu terror hücumu şəhidlərinin ailələrinin kədəri ilə bölüşərək, yaralılar üçün sağlamlıq və tez bir zamanda sağalma diləyibdir.

 

Teqlər