Fev 14, 2019 19:26 Asia/Baku
  • Sepah-ın baş komandanı İrandakı terror cinayəti ilə bağlı başsağlığı verib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı bildirib ki, Sepah Xaşın məzlum şəhidlərinin qanlarını imperializm düşərgəsindən asılı olan xəbis düşmənlərdən alacaq.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı genral-mayor pasdar Mohəmməd Əli Cəfəri bir müraciətdə Xaş-Zahidan şosesindəki terror hadisəsində İran xalqının qeyrətli övladlarından bir qrupunun şəhadəti münasibətilə başsağlığı verərək, vurğulayıb: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah keçmişdəkindən daha əzmkar şəkildə yüksək dərəcəli şəhidlərin yolları və amallarının davamında İslami İranın təhlükəsizliyi və sərhədlərini qoruyaraq, xəbis və dünya imperializmi düşərgəsindən asılı olan düşmənlərdən məzlum şəhidlərin qanlarının intiqamını alacaqdır.

Bu müraciətdə deyilir: Pakistan dövlətindən və bu ölkənin ordusu və təhlükəsizlik orqanlarından gözlənilir ki, İranla müştərək sərhədlərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, meydanı iki xalqın düşmənlərinin muzdurları olan təkfirçi terrorçulara daraldıb, onlarla qətiyyətlə rəftar edərək, onlara hər cür təhlükəli və təhlükəsizlik əleyhinə hərəkətlər etmək imkanı verməsinlər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanının müraciətində deyilir: İranın cənub-şərqindəki vəhşicəsinə terror cinayətinin özü də iranlıların İslam İnqilabı qələbəsinin 40-cı ildönümü mərasimindəki on milyonlarla iştirakı qəhrəmanlığından təkcə iki gün sonra törədilməsi İran xalqının amerikan terrorizm, sionizm və hegemoniya başçılarına vurduğu şapalağının təsirindən xəbər verir.

Dünən gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qalıb. Nəticədə 27 sərhədçi şəhid olub, 13 nəfər də yaralanıbdır.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini üzərinə götürübdür.

 

 

 

Teqlər