Fev 14, 2019 19:27 Asia/Baku
  • Terrorizm ilə ümumi mübarizə zərurət daşıyır

İran İslam Respublikasının prezidenti terrorizmi Yaxın Şərqin ən mühüm problemlərindən adlandırıb. Bildiirib ki, nəhs terroirzm fenomeni ilə mübarizə bütün ölkələrin həmkarlığını tələb edir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə görüşdə bildirib ki, İran və Türkiyə terrorizmlə mübarizədə müştərək iradəyə və həmkarlığa malikdirlər. O, deyib: Təəssüflər olsun ki, regiondakı terror qrupları illər boyudur, xarici qüdrətlər, xüsusən Amerika tərəfindən himayə olunurlar.

İran İslam Respublikasının prezidenti həmçinin İran-Türkiyə əlaqələrinə toxunaraq ümid etdiyini bildirib ki, ikitərəfli razılaşmalar sürətlə icra olunacaq.

Ruhani Soçidə İran-Türkiyə-Rusiya üçtərəfli iclasının keçirilməsi barədə deyib: İran, Türkiyə və Rusiyanın Soçidə regionda sabitliyin möhkəmləndirilməsinə və Suriyada terrorizmlə mübarizəyə çalışdıqları bir halda, özləri terrorçuların himayədarı olan bəziləri Varşavada regionun təhlükəsizliyi və sabitliyinə qarşı fitnə törətməkdədirlər.

Rəcəb Tayyıb Ərdoğan da bildirib ki, Ankara terrorizmlə mübarizədə Tehranla ikitərəfli və regional əməkdaşlıqlarını davam etdirəcək. O, dünən gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda törədilmiş terror hücumunu pisləyib.

Ərdoğan həmçinin ölkəsinin Avropa-İran xüsusi ödəniş kanalını-İNSTEKS-İ rəğbətlə qarşıladığını bildirib. Deyib ki, Türkiyə qeyd olunan kanal çərçivəsində İranla həmkarlığı davam etdirməyə və oxşar ikitərəfli mexanizm yaratmağa hazırdır.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə İran, Türkiyə və Rusiya prezidentlərinin Suriya barədəki iclasında iştirak etmək üçün bu gün səhər Soçiyə gedibdir.

 

Teqlər