Fev 15, 2019 10:07 Asia/Baku
  • İran və Rusiya terrorizmlə mübarizə üzrə həmkarlıqların davamına təkid ediblər

İran və Rusiya prezidentləri terrorizmlə mübarizə üzrə həmkarlıqların davamına təkid ediblər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinlə görüşdə iki ölkənin Suriyadakı həmkarlığını uğurlu dəyərləndirib. 

O, deyib: Tehran Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunmasını vurğulamaqda davam edir və Suriyada davamlı sülhün əldə olunmasınadək dost ölkələrlə əməkdaşlığı davam etdirəcəkdir.

İran İslam Respublikasının prezidenti həmçinin İran və Rusiyanın iqtisadi sahələrdəki həmkarlıqlarının genişlənməkdə olduğunu bildirib və ikitərəfli həmkarlıqların davam etməsini istəyib.

İranın cənub-şərqindəki terror hadisəsilə bağlı başsağlığı verdiyinə görə, Putinə öz minnətdarlığını ifadə edən Ruhani deyib: Bu cür hadisələr terrorizmlə mübarizədə region ölkələrinin əməkdaşlıqları və koordinasiyaları zərurətini artırır.

İran İslam Respublikası prezidenti Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə İran, Türkiyə və Rusiya prezidentlərinin iclasında iştirak etmək üçün dünən Soçiyə səfər etdi.

Teqlər