Fev 15, 2019 10:07 Asia/Baku
  • Ruhani: Ortaq məqsəd, terrorizmlə qətiyyətli mübarizə və sabitlik və təhlükəsizliyin Suriyaya qayıtmasıdır

İran İslam Respublikası prezidenti deyib ki, İran, Rusiya və Türkiyənin ortaq məqsədi, terrorizmlə qətiyyətli mübarizə və sabitlik və təhlükəsizliyin Suriyaya qayıtmasıdır.

İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən Soçidə İran-Türkiyə-Rusiya üçtərəfli iclasının başa çatmasından sonra müxbirlər qarşısında Soçi iclasının keçirilməsindən razılıq edərək, əlavə edib: Bu iclasda İdlib daxil olmaqla yerdə qalan məntəqələrdə terrorçuluqla mübarizə vacibliyi vurğulanıb. Hər üç ölkə İdlibin Suriya ərazisinin bir hissəsi olması və onun hər bir adda olursa-olsun, terrorçulardan təmizlənməli olması barədə fikir birliyinə malik olub.

İran İslam Respublikası prezidenti Suriya böhranının həll yolunun yalnız siyasi olmasına təkid edib. O, deyib: İran, Rusiya və Türkiyə Suriyada tam təhlükəsizliyin bərqərarına və bu ölkənin qanuni dövlətilə həmkarlığın genişləndirilməsinə maraqlıdırlar.

Birgünlük Soçi iclası İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə Suriyada siyasi stabilliyin bərqərarı, suriyalı didərginlərin geri dönmələri, bu ölkəyə asayişin qaytarılması və regional terrorizmlə birgə mübarizə mehvəri ilə keçirilib.

Bu iclasda həmçinin Astana prosesi adlı müzakirələrin nəticələri, daxili siyasi proseslərin başlanması, Suriyanın ərazi bütövlüyü, Suriya xalqının ümumi iradəsinin hakimiyyəti və bu ölkənin bərpası dövründə həmkarlıq ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Teqlər