Fev 15, 2019 10:48 Asia/Baku
  • Zərif Almaniyaya daxil olub

İran İslam Respublikasının xarici işlər naziri 55-ci Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya daxil olub.

Builki iclasda ölkələrin prezidentləri, xarici işlər və müdafiə nazirləri, beynəlxalq təşkilatların bəzi rəsmiləri daxil olmaqla yüzdən çox beynəlxalq, təhlükəsizlik və siyasi şəxsiyyət və rəsmi iştirak edir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu mühüm beynəlxalq konfransda çıxış etməkdən əlavə, konfransda iştirak edən bəzi rəsmilər və şəxsiyyətlərlə görüşlər keçirəcəkdir.

Münhen təhlükəsizlik konfransı hər il fevral ayında keçirilir. Yalnız məşvərət və siyasi görüşlərdən ibrət olan bu konfrans beynəlxalq təhlükəsizlik sahəsində dialoq üçün mühüm beynəlxalq toplantılardan birinə çevrilibdir.