Fev 17, 2019 16:59 Asia/Baku
  • Pakistan səfiri İran XİN-ə çağırılıb
    Pakistan səfiri İran XİN-ə çağırılıb

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki terror hücumunun ardınca Pakstan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya şöbəsinin baş müdiri bu gün Pakistanın Tehrandakı səfiri Rəfət Məsudla görüşdə Pakistanın daxilindən İrana qarşı terror hərəkətlərinin artmasına işarə edərək, İranın etirazını ona bəyan edib.

İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya şöbəsinin baş müdiri vurğulayıb: Tehran Pakistanın dövləti və ordusundan gözləyir ki, lazımi qətiyyət və ciddiyyətlə bu ölkənin İranla sərhəd məntəqələrində fəaliyyət göstərən terror qruplaşmalarının hərəkətləri, yerləşdikləri məkanları və bazalarına qarşı ciddi ölçülər götürsünlər və bu terror qruplaşmalarının özlərinin insanlığa sığmayan hərəkətləri ilə iki ölkə arasında etimadsızlıq, bədbinlik və əmin-amansızlığın şiddətlənməsinə səbəb olmalarına icazə verməsinlər.

Teqlər